24 Dekabr 2021 12:19
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müasir və güclü Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyev ölkəmizin möhkəm, sarsılmaz dayaqlar üzərində formalaşmasını təmin etdi. 1969-cu ildən başlayaraq Azərbaycanın inkişafı ulu öndərin daim diqqətində olub. SSRİ rəhbərliyində onun təmsilçiliyi Azərbaycanın və xalqımızın ittifaq miqyasında önə çıxmasına, qabaqcıl bir ölkəyə çevrilməsinə imkan yaradıb. Çünki ümummili lider hər zaman öz xalqına, millətinə, dövlətinə bağlı olan bir şəxsiyyət idi. Onun xidmətləri sayəsində Azərbaycanın SSRİ miqyasında belə inkişaf etmiş qabaqcıl bir ölkəyə çevrilməsi təmin edildi. Məhz ulu öndərin Azərbaycan xalqı qarşısında tarixi və misilsiz xidmətləri onun dövlətçiliyimizin dünənindən, bu gününə olan inamı düşüncəsi, strategiyası ilə bağlı idi.

Bu fikirləri Teleqraf.com-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Dövlətçiliyin xilası

Professor qeyd edib ki, ikinci dəfə öz müstəqilliyini bərpa edən Azərbaycan məhz yarıtmaz siyasi idarəçilik nəticəsində böyük təlatümlərlə üzləşməli oldu: “1988-ci ildən Azərbaycan ərazisində ermənilərin separatçı çıxışları, ölkə daxilində olan ictimai-siyasi mühütün stabil olmaması, ayrı-ayrı qrupların ancaq öz şəxsi mənafelərini təmin etmək üçün iddialarla çıxış etməsi nəticədə dövlətçiliyimiz üçün təhlükələr yaratmışdı. 90-cı illərin əvvələrində hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün yarıtmaz idarəçiliyi, ölkəmizin parçalanmaq, yox olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Azərbaycanın həmin dövr erməni təcavüzü ilə yanaşı Şimalında, Cənubunda başlanan separatizm meyilləri ölkədə xaosun, anarxiyanın yaranmasına səbəb olmuşdu. Heç bir siyasi dövlətçilik təcrübəsi olmayan o vaxtki siyasi hakimiyyətin səriştəsizliyi ucbatından ölkəmiz böyük təlatümlərlə üzləşmişdi. Sözsüz ki, xalqımız özünün milli kimliyini, tarixinə olan dəyərlərini ən çətin dövrlərdə belə vacib qərar vermək prinsipini ortaya qoyaraq ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyəti qayıtması ilə bağlı ona müraciət etdi. Çünki məhz həmin dövrdə dövlətçiliyimizi parçalanmaq, böyük təlatümlərdən xilas edə biləcək düha ümummilli lider Heydər Əliyev ola bilərdi. Xalqın böyük təkidi və çağırışları nəticəsində ulu öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdı. Məhz onun gəlişi ilə Azərbaycan üçün qurtuluş tarixinin əsası qoyuldu. Böyük dövlətçilik təcrübəsinə və sarsılmaz iradəyə malik olan Heydər Əliyev Azərbaycanda daxili sabitliyə qısa zamanda nail oldu”.

Tarixi strategiyanın ötürülməsi

Millət vəkili hesab edir ki, bu gün güclü və qüdrətli Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir: “Məhz onun müəyyənləşdirdiyi uğurlu siyasi strategiya bu gün Ali Baş Komandan, cənab İlham Əliyev tərəfindən böyük uğur və əzmlə davam etdirilir. "Onun gələcəyinə özüm qədər inanıram" deyən ulu öndər Heydər Əliyev cənab Prezidentin timsalında Azərbaycanı daha etibarlı və möhkəm dayaqlar üzərində inkişafına sarsılmaz inamı mövcud idi. Sarsılmaz dayaqlar üzərində inkişaf edən Azərbaycan bu gün özünün malik olduğu imkanlarla bölgədə, qlobal miqyasda tanınır, qəbul edilir, etibarlı tərəfdaş kimi hörmət göstərilir. Tarixi şəxsiyyətdən hakimiyyət estafetini böyük əzm və sevgi ilə təhvil alan cənab İlham Əliyev Azərbaycanı bütün dünyada tanınan, inkişaf edən bir məmləkətə çevirməyə nail oldu. Həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycan Cənubi Qafqaz regionunda aparıcı bir dövlətinə çevrilib. Cənubi Qafqaz iqtisadiyyatının 70 faizinə sahib olan Azərbaycan bölgədə söz sahibidir. Ölkəmiz nəinki regional müstəvidə beynəlxalq aləmdə də ən etibarlı tərəfdaş kimi tanınır, qəbul edilir. Bütün bunlar isə həyata keçirilən düzgün və dayanıqlı siyasətin nəticəsində mümkün olub. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı müasir innovasiyalar üzərində öz tarixi dəyərlərinə sadiq qalaraq inkişafını təmin edib”.

Müasir dövlət modelinin yeni konsepsiyası

Ağsaqqallar Şurasının sədri bildirib ki, bu gün Azərbaycanın dünyada artan nüfuzu Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsində mümkün olub: “Bu gün ölkəmiz özünün ən şərəfli, məsuliyyətli, tarixi dövrünü yaşayır. Ölkə başçısının irəli sürdüyü və həyata keçirdiyi davamlı inkişaf konsepsiyası dövlətimizin və xalqımızın tərəqqisinə, onun parlaq gələcəyinə hesablanıb. Cənab İlham Əliyev öz fəaliyyəti ilə həm partiya sədri, həm prezident, həm də Ali Baş Komandan kimi hər bir vətəndaşımızın maraqlarını müdafiə edib, hər bir azərbaycanlının Prezidenti olduğunu dəfələrlə sübuta yetirib. O, ümummilli lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət həyata keçirir. Bunun nəticəsində Azərbaycan müstəqil dövlət olaraq daha da güclənir, dünya miqyasında söz sahibi olan dövlətə çevrilir. 30 il həsrətində olduğumuz torpaqlarımız müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən Müharibəsində Zəfər çalaraq, erməni işğalından azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Bu son 200 illik dövlətçilik tariximizdə çox mühüm bir hadisədir. Azərbaycanı hər zaman daxildən parçalamaq, onu inkişafdan geri salmaq, ən əsası isə Qarabağın işğalı ilə barışmağa məcbur etmək kimi çətinliklərə və təhlükələrə baxmayaraq, Prezident İlham Əliyev bütün bu problemləri həll etməyi bacardı. Bu isə böyük siyasi məharət, iradə, qətiyyət tələb edirdi. Azərbaycan bu illər ərzində özünü müstəqil dövlət kimi təsdiq edə bildi. Prezident İlham Əliyevin siyasi müdrikliyi nəticəsində Azərbaycan hazırda bütün maraqların kəsişdiyi coğrafi məkana çevrilir. Bu gün əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Azərbaycanın rəhbəri Cənubi Qafqazda yeni siyasi və iqtisadi vəziyyət yarada bildi və bu, dünya dövlətləri tərəfindən də qəbul edilir. Cənab İlham Əliyev həmişə qeyd edir ki, “bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır”. Biz ölkə başçısının fəaliyyətində bunun əyani təsdiqini görürük. Vahid dövlətçilik siyasəti nəticəsində Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial, hərbi, idman sahələrində davamlı və dinamik sürətlə inkişaf edir. Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, ümumi daxili məhsul üç dəfədən çox artıb. Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə vətəndaşlarımızın, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində inkişaf etdirilməsi üçün mühüm işlər görülüb.

İnişafın Azərbaycan modeli

Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış nailiyyətlərdən biri də paytaxt Bakı şəhəri və regionların inkişafında kəskin fərqin azaldılması oldu. Bölgələrin tarazlı inkişafının təmin edilməsi məqsədilə 4 regional inkişaf proqramı qəbul edildi. Azərbaycan Respublikası regionlarının 2004-2008, 2009-2013, 2014-2018, 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində ölkəmizin ümumi mənzərəsi tamamilə dəyişdi, inkişaf tərəqqi, quruculuq abadlıq işləri geniş vüsət aldı. Həssas sosial təbəqələrin, o cümlədən, qaçqın və məcburi köçkün, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının, sağlamlıq imkanları məhdud olan insanların, həmçinin aztəminatlı və çoxuşaqlı ailələrin vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bütövlükdə ailələrin sosial rifahını yüksəltmək üçün üçün hökumət mütəmadi zəruri tədbirlər həyata keçirir. Bu günə qədər ölkədə COVID-19 pandemiyasından zərər çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilib. 2022-ci ildə həmin məqsədlərə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılacaqdır”.

Təşəbbüskar Lider

Deputat qeyd edib ki, Prezident İlham Əliyev yalnız ölkə başçısı kimi deyil, həm də beynəlxalq təşkilatların rəhbəri kimi də təqdirəlayiq addımlar atıb: “Azərbaycan həm də qlobal təşəbbüslər irəli sürür, dünyada ədalətin bərqərar olmasına layiqli töhfə verir. Azərbaycan Prezidenti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri kimi bir sıra mühüm təşəbbüsülərlə çıxş edib. Eyni zamanda, ölkə başçısı Azərbaycanın pandemiyaya qarşı apardığı mübarizə təcrübəsini, tətbiq edilən təcrid tədbirləri, sosial proqramları və əldə edilə nəticələri iştirakçıların nəzərinə çatdırmaqla bu sahədə də Azərbaycan təcrübəsini təqdim etdi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi də qlobal müstəvidə vacib çağırışlar və təşəbbüslərlə çıxış edib. Pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq ianə ayırdı”.

Müzəffər Ali Baş Komandan

Eldar Quliyev vurğulayıb ki, Prezident İlham Əliyevin son 18 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir: “Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycan diplomatik və siyasi təzyiqlər göstərilməsinə baxmayaraq Ali Baş Komdandanın sarsılmaz iradəsi tarixi ədalət bərpa edildi. Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə baxmayaraq, öz prinsipial mövqeyindən dönmədi. Ali Baş Komandan ulu öndər siyasətinin ən layiqli davamçısı olduğunu bir daha sübut etdi. Cənab Prezidentin “Mən xoşbəxt adamam ki, ata vəsiyyətini icra etdim, Şuşanı azad etdim” deməsi, Onun ulu öndər siyasətinə olan sadiqliyi və Azərbaycana xalqına olan sonsuz sevgisinin bariz nümunəsi idi. Bu gün də bu qətiyyət, siyasi iradə Qarabağın, Şərqi Zəngəzurun, bütövlükdə Azərbaycanın inkişafı üçün, daha güclü və sabit dövlət olması üçün, vətəndaşının rifah halının daha da yaxşılaşdırılması üçün göstərilir. Ona görə də, Müzəffər Ali Baş Komdan cənab Prezident İlham Əliyevi yubileyi münasibəti ilə təbrik edir, Azərbaycanın tərəqqisi naminə yorulmaz və şərəfli fəaliyyətində uğurlar arzulayırıq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər