10 Yanvar 2022 16:54
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Caucasus Strategic Perspectives” jurnalının yeni sayı işıq üzü görüb.

Bu barədə Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən (AIR Center) məlumat verilib.

“Cənubi Qafqaz regionunda müharibədən sonrakı vəziyyət” adlı yeni nömrə 2020-ci ilin payızında Ermənistanla Azərbaycan arasında baş vermiş 44 günlük müharibədən sonra mümkün əməkdaşlıq imkanlarına həsr edilib. Jurnalın yeni buraxılışında 5 məqalə, 3 şərh və 1 kitab icmalı yer alıb. “Caucasus Strategic Perspectives”in hazırkı müəllifləri müharibədən sonrakı dövrdə Türkiyə, İran, Rusiya və Avropa İttifaqı kimi regional aktorların regional siyasətlərini, mövcud siyasi fikir ayrılıqlarını və gərginlikləri, habelə münaqişə sonrası dövrdə yaranan iqtisadi əməkdaşlıq imkanlarını təhlil ediblər.

Qeyd edək ki, “Caucasus Strategic Perspectives” jurnalı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən ildə 2 dəfə Bakıda nəşr olunan və xarici siyasət və təhlükəsizlik mövzularını əhatə edən akademik jurnaldır. Jurnal Cənubi Qafqaz regionunun qonşuluğuna təsir edən məsələlərə qlobal və regional perspektivdən baxmaqla yanaşı, əsasən bölgənin beynəlxalq siyasətdəki roluna diqqət yetirir. Jurnalda fərqli sahələrin mütəxəssislərinin, həmçinin xarici ölkələrin ekspertlərinin baxışları yer alır.

Jurnalda yer almış məqalələri aşağıdakı linkə daxil olaraq oxumaq və yükləmək mümkündür: https://cspjournal.az/new-issue


Müəllif: Səxavət

Oxşar xəbərlər