14 Yanvar 2022 15:14
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya səfəri post-sovet məkanında və dünyada cərəyan edən çox önəmli və bəlkə də tarixi hadisələr fonunda baş tutduğu üçün diqqəti daha çox cəlb edir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.

“Azərbaycan və Ukrayna xalqları “qırmızı imperiya”nın boyundurğundan xilas olan xalqların müqavimət və mücadilə simvollarıdır. Mübaliğəli görünsə də, mənə görə, “post-sovet məkanı” anlayışının neoimperialistlərin gündəliyindən silinməsində və tarixin arxivinə göndərilməsində, həmçinin bu nəhəng arealda yaşayan xalqlarının azadlıq və inkişaf indeksinin çağdaş dünyanın çağırışlarına və tələblərinə uyğunlaşmasında Azərbaycan və Ukraynanın qarşılıqlı münasibətləri müstəsna rol oynayacaq”, - ekspert bildirib.

Onun sözlərinə görə, son 28 il ərzində Azərbaycan xalqının müdrikliyi və liderlərimizin strateji düşüncəsi ölkəmizin daha sabit bir şəraitdə inkişafına, müasir dünyada müstəqil siyasətin təməlini təşkil edən bir sıra faktorların, o cümlədən iqtisadi müstəqilliyimizin təmin edilməsinə zəmin yaradıb:

“Ümid edirəm ki, dost və qardaş Ukrayna xalqı həm də Azərbaycanın təcrübəsindən yararlanmaqla özünün sabit və müstəqil inkişafını təmin edə biləcək. Hər iki xalqın və dövlətin potensialı qarşılıqlı münasibətlərin inkişafı üçün geniş imkanlar açır. Bu baxımdan, Azərbaycan Prezidentinin Ukraynaya səfərinin bir çox aspektdən tarixi əhəmiyyət və məna kəsb etdiyini düşünürəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər