4 Fevral 2022 20:56
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən Azərbaycanın Ermənistanla delimitasyia və demarkasiya prosesinə qeyd-şərt olmadan başlamağa hazır olduğunu nəzərə çatdırdım”.

Teleqraf.com xəbər verir ki, bunu bu gün Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

C. Bayramov deyib ki, yüz minlərlə insanın azad olunmuş torpaqlara qaytarılmasının, təhlükəsizliyi təşviq edən şəraitin yaradılması önəmlidir: “Bu istiqamətdə də müzakirələr oldu. Bütün bunlar Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq gündəliyinin nə dərəcədə geniş olduğunu göstərir. İnanırıq ki, bu görüşdə aparılan müzakirələr yaxın aylarda nəticələr verəcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər