9 Fevral 2022 19:28
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni hiyləgərliyinin, məkrinin və yalan təbliğatının təzahürü bir daha üzə çıxır. Amma hər şey göz qabağındadır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ermənilər tərəfindən 67 məscid dağıdılıb. Bir çox alban kilsələri erməniləşdirilib, saxtakarlığa məruz qalıb. Ona görə də ermənilərin əsassız iddialarının heç bir əhəmiyyəti yoxdur.

Bunu Telerqaf.com-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, erməni tərəfi zaman-zaman xaricdə Azərbaycanı mədəni abidələrə qarşı olan dövlət kimi təqdim etmə cəhd edir:

“Onlar iddia edirlər ki, guya Şuşada erməni kilsəsi “saxtalaşdırılır”, hansısa ərazilərdə erməni kilsələrinə qarşı dağıntılar edilir. Amma bunlar yalan, tamamilə əsasız ittihamlardır. Sadəcə onlar çalışırlar ki, bu dəfə də hadisələri mümkün qədər qabaqlasınlar”.

Komitə üzvünə görə, UNESCO-nun bu ərazilərə missiya göndərəcəyi ilə bağlı razılıq əldə edildikdən dərhal sonra erməni tərəfi əl-ayağa düşüb:

“Çalışırlar ki, anti-təbliğat aparsınlar. Amma həqiqət bizim tərəfimizdədir. Ermənilər azərbaycanlılara, islam aləminə məxsus məscidlərə qarşı hansı vandallığı törətdiyini bu ərazilərə gələcək missiya mütləq görəcək. Elə məscidlər var ki, ermənilər onu tamamilə yerlə-yeksan edib”.

Ceyhun Məmmədovun ermənilər tərəfindən Cəbrayıl rayonunda 5 tarixi məscidin tamamilə dağıdıldığını söyləyib:

“Zəngilandakı məsciddən ermənilər tövlə kimi istifadə edib. Füzulidəki məscidlərə qarşı ermənilər vandallıq törədib, təhqiramız hərəkətlər olunub. Ona görə də UNESCO-nun bu əraziyə faktaraşdırıcı missiyası gələn ərəfədə ermənilər bu cür yalan xəbərlər tirajlamağa çalışır. Ermənilərin vandallığına məruz qalan tək islam abidələri deyil. Azərbaycan ərazisində olan tarixi alban abidələrini də ermənilər özlərinə məxsus saxtalaşdırmağa çalışıb. Hadrutda, Suqovuşanda alban kilsələrində tövlə kimi istifadə olunub. Bu baxımdan Ermənistan tərəfi uzun müddət UNESCO-nun bu əraziyə gəlməsinə mümkün qədər mane olmağa çalışıb. Missiyanın gəlişindən sonra əsl mahiyyət üzə çıxacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər