25 Fevral 2022 12:00
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva BMT-nin İnkişaf Proqramının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Suxrob Xojimatovu qəbul edib.

Qonağı salamlayan S.Əliyeva Ombudsmanın mandatı, strukturu, həyata keçirdiyi fəaliyyət, o cümlədən BMT-nin müqavilə və nizamnamə orqanları ilə əməkdaşlıq istiqamətləri barədə qonağa geniş məlumat verib.

Qeyd olunub ki, Ermənistanın işğalından azad olunan ərazilərimizdə həyatın yenidən bərpa edilməsi hazırda prioritet vəzifələrdən biri olaraq qarşıda durur. Həmin ərazilərdə həyata keçirdiyi faktaraşdırıcı missiyalardan danışan Ombudsman müharibədən zərər çəkmiş insanların yenidən normal həyata qayıtmaları istiqamətində beynəlxalq təşkilatlarla birgə müvafiq addımların atılmasının vacibliyini qeyd edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən qonaq BMT-nin İnkişaf Proqramının Ombudsman təsisatı ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Görüşdə əhalinin həssas qruplarının hüquqlarının müdafiəsi, Ombudsmanın Aparatı və regional mərkəzlərinin imkanlarının gücləndirilməsi istiqamətində birgə əməkdaşlıq perspektivləri barədə müzakirə aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər