26 Fevral 2022 17:59
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT PA-nın qış sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidneti Azay Quliyev bir sıra ikitərəfli görüşlər keçirib.

Teleqraf.com xəbər verir ki, ilk görüş ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyəti ilə baş tutub. Görüşdə ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Nümayəndələr Palatasının üzvü Stiv Kohen və ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədri, Nümayəndələr Palatasının üzvü Riçard Hadson iştirak edib. Görüşdə A.Quliyev Azərbaycanla Ermənistan arasında münaqişənin bitməsindən sonra Cənubi Qafqazda əməkdaşlıq üçün yeni imkanların yarandığını vurğulayıb. Yeni reallıqlar çərçivəsində Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə danışıqların başlanmasının və iki ölkə arasında bir başa təyyarə uçuşlarının həyata keçirilməsini qeyd edib.

Azərbaycanla ABŞ arasında bir çox sahələrdə müsbət əməkdaşlıq təcrübəsinin olduğu, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinin və yenidən qurulmasının əməkdaşlığın davamı üçün yeni imkanların yaradıldığı bildirilib. Azərbaycanın regional təhlükəsizliyin, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli tərəfdaş olduğunu qeyd edən A.Quliyev Azərbaycanın Cənubi Qafqazda ABŞ-ın ən böyük ticarət tərəfdaşı olduğunu diqqətə çatdırıb.

Nümayəndə heyəti rəhbəri ABŞ Konqresində müəyyən anti-Azərbaycan dairələrin təsiri altında bir sıra qərəzli təşəbbüslərin irəli sürülməsindən narahatlığını ifadə etdi. Belə cəhdlərin ölkələr arasında formalaşmış etibarlı münasibətlərə kölgə saldığını bildirdi.

Deputat A.Quliyev görüşdə ABŞ nümayəndə heyəti ATƏT PA-çərçivəsində əməkdaşlığın daha da dərinləşməsinin vacibliyini qeyd edib. ABŞ nümayəndə heyəti üzvləri Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirdiklərini bildirərək parlament nümayəndə heyətləri arasında əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını diqqətə çatdırıblar.

Növbəti görüş ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, Norveç nümayəndə heyəti üzvü Kari Henriksen ilə keçirilib. Burada da Azərbaycan və Ermənistan arasındakı münasibətlərin cari durumu haqda məlumat verib. 2021-ci ilin dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçilməsinin diqqətə çatdırılıb. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 4-də Fransanın dövlət başçısı Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelinin vasitəçiliyi ilə videoformatda görüş keçirmələrini xatırlanıb. Ermənistanın kommunikasiyalın açılması ilə bağlı konkret öhdəliklər götürdüyü qeyd edilib.

Millət vəkili Ermənistan hökuməti tərəfində müəyyən müsbət addımların müşahidə edilməsinə baxmayaraq, erməni parlamentinin nümayəndələrin çıxışlarından onların post-münaqişə mərhələsində hər hansı danışıqlara hazır olmadıqlarını bildirib. Azərbaycanla Ermənistan arasında münaqişənin bitməsindən sonra Azərbaycan tərəfindən 3+3 regional əməkdaşlıq formatı irəli sürülməsini diqqətə çatdırılıb.

Öz növbəsində Kari Henriksen Cənubi Qafqaza səfər etməsini nəzərdən keçirdiyini bildirib. Parlament nümayəndə heyətləri arasında dialoqun qurulmasının vacibliyini qeyd edib.

Azərbaycan nümayəndə heyətinin ATƏT PA-nın qış sessiyası çərçivəsində daha bir görüşü Fransa nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın Demokratiya, insan haqları və humanitar məsələlər üzrə baş komitəsinin Sədri Serene Moqborn ilə olub. Bu görüşdə də A.Quliyev Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması, barişığın əldə edilməsi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh razılaşmasının imzalanması işinə başlamağa hazır olduğunu diqqətə çatdırıb. Nümayəndə heyəti rəhbəri Fransanın təşəbbüsü ilə Fransa-Aİ-Azərbaycan-Ermənistan formatının yarandığını diqqətə çatdırıb. Bu format çərçivəsində fevralın 4-də keçirilmiş dörd tərəfli video görüşdən bir sıra müsbət nəticələrin əldə olunduğunu bildirib. Qeyd olunan danışıqlardan sonra Azərbaycan humanitar prinsiplərə əsaslanaraq 8 erməni əsilli hərbi qulluqçunun qaytarılmasını vurğulayıb.

Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən 1991-ci ildə artıq Azərbaycanın ərazi bütövlüyünü tanımasını bildirməsini və ölkələrarası münasibətlərin inkişafı ilə bağlı müsbət mesajların verilməsinə baxmayaraq, erməni nümayəndə heyəti tərəfindən tamamilə zidd fikirlərin səsləndirməsinin parlamentlərarası dialoqun aparılmasını mümkünsüz etdiyinid diqqətə çatdırıb. Hal-hazırda 30 il ərzində Ermənistan tərəfindən qəsb edilmiş ərazilərdə geniş miqyaslı yenidən qurma işlərinin həyata keçirldiyi vuruğulanıb. Seren Moqborn ATƏT PA-nın Demokratiya, insan haqları və humanitar məsələlər üzrə komitəsinin sədri qismində Cənubi Qafqaza səfərinin nəzərdən keçirdiyini bildirib.

Bütün görüşlərdə qarşı tərəfi maraqlandıran suallara Azərbaycanın nümayəndə heyətinin rəhbəri tərəfindən ətraflı cavab verilib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər