Milli Məclisdə Ombudsmanın illik məruzəsi müzakirə edilir.
Teleqraf.com-un məlumatına görə, məruzədə Azərbaycanda insan hüquqlarının vəziyyəti, insan hüquqlarının qorunması istiqamətində görülən işlərdən və əldə edilən nəticələrdən bəhs edilir.
Qeyd edilir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır.
İşğal altında olan torpaqlarımızın Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edilməsi xalqımızın 30 illik həsrətinin bitməsi, BMT-nin məlum qətnamələrinin icrasının təmini, xüsusilə məcburi köçkün həyatı yaşamaqda olan yüz minlərlə azərbaycanlının pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəmin yaradıb.
Beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü təmin edən Azərbaycan Respublikası həm regional, həm də beynəlxalq səviyyədə sülh və sabitliyin qorunub saxlanılmasında, insan hüquqlarının etibarlı müdafiəsində böyük rol oynayıb.