9 Mart 2022 17:17
1 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İndi rus sülhməramlıları nə Azərbaycanın, nə də Rusiyanın maraqlarına xidmət etmir. Onlar daha çox Ermənistanın maraqları üçün işləyir. Bu işdə sülhməramlıların komandanı Andrey Volkovun sanki xüsusi fəaliyyəti gözə çarpır. Bəzən deyirlər ki, sülhməramlıların komandanı orada hansısa biznes fəaliyyəti göstərir, ona hansısa imkanlar yaradılır və s. Amma bu gün biz baxsaq görərik ki, ermənilərin belə bir imkanı yoxdur. Onlar ən yaxşı halda sülhməramlılara öz xanımlarını təqdim edə bilərlər. Məsələn, hər ay 20-30 nikah bağlanır. Ermənilər bundan başqa addım ata bilmir”.

Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.

Politoloq bildirib ki, belə fəaliyyət, gündəlik atəşi pozmaqla əslində Azərbaycanı təxribata çəkmək xətti hiss edilir.

Onun sözlərinə görə, Azərbaycan dünyada gedən reallıqları görür və bilir: “Sözsüz ki, Qarabağda sülhməramlılar, onların fəaliyyəti, habelə Xankəndində ki, separatçılar da diqqətlə izlənilir. Bəli, sülhməramlıların 2020-ci ilin noyabrında imzalanan üçtərəfli razılaşmaya tabe olmadıqları məsələsi var. Əks təqdirdə Qarabağda nə Ermənistan ordusu, nə də əlisilahlı separatçı olmalıyıdı. Amma biz bunları bilirik və buna baxmayaraq bizi təxribata çəkmək davranışları da müşahidə edilir”.

Cümşüd Nuriyev əlavə edib ki, Azərbaycan ordusu Xocalı istiqamətindən mövqelərimizi atəşə tutan separatçıların cavabını layiqli şəkildə verib və bununla qətiyyətli addım ata biləcəyini ortaya qoyub:

“Artıq Ermənistan mediası itkiləri haqqında yazır. Azərbaycan göstərir ki, təxribata getməyəcək, amma təxribata da qəti reaksiya göstərəcək. Bu düzgün mövqedir”.

Politoloq deyib ki, artıq Şuşadan üzü Xankəndiyə azan verilir, dövlət himni səsləndirilir, bəzən ermənilər uverturaya qulaq asmalı olur:

“Mən hesab edirəm ki, bunlar təsadüfi hal deyil. Məsələn, dövlət himninin səsləndirilmsi ilə mesaj verilir ki, əgər Azərbaycan vətəndaşlığında yaşamaq istəyirsinizsə, Bakıdakı 30 minə qədər erməni kimi yaşaya bilər və hər gün himnə qulaq asarsınız. Yəni qəbul edirsinizsə, problem yoxdur. Koroğlu uverturasını səsləndirməklə döyüşə hazır olduğumuzu onların diqqətinə çatdırırıq. Hesab edirəm ki, bir aydan sonra orada yaşayan ermənilərin çox köçüb gedəcək. İndilikdə Azərbaycanın addım və davranışları yaranan situasiyaya tam adekvatdır”.


Müəllif: Nemət

Oxşar xəbərlər