30 Mart 2022 21:27
1 534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Prezident İlham Əliyevin bu ölkənin Silahlı Qüvvələr naziri, britaniyalı parlamentari Ceyms Hippi ilə görüşü barədə açıqlama verib.

Teleqraf.com xəbər verir ki, səfir bu barədə Tvitter hesabında yazıb.

“Prezidenti Ilham Əliyevlə vacib müzakirələr oldu. Böyük Briyaniya Azərbaycanın Ukraynaya göstərdiyi mühüm humanitar yardıma görə minnətdardır. Münaqişənin sülh yolu ilə həllinin zəruriliyi barədə razılığa gəldik. Rusiya Ukraynaya qarşı təcavüzünü dayandırmalıdır”, - Şarp bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Hippini qəbul edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər