Ermənistan Azərbaycanın xoş niyyətli yaxınlaşmalarına cavab verməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir bildirib ki, Azərbaycan qazandığı qələbədən sonra dünyaya bölgədə sülh və əmin-amanlıq istədiyini göstərib, Ermənistana hərtərəfli sülh sazişini təklif edib.
Sonra sərhədlərin müəyyənləşdirilməsi üzrə birgə komissiyanın yaradılmasının gündəmə gəlib, Brüsseldə keçirilən görüşlərdə bu məsələlərlə bağlı razılıq əldə edilib, birgə sərhəd komissiyası yaradılıb.
Azərbaycan da Türkiyə ilə Ermənistan arasında danışıqları dəstəkləyir və bu müsbət haldır.
"Biz həmişə deyirik və təşviq edirik ki, Ermənistan da bu xoşməramlı yaxınlaşmalara cavab versin. Ermənistan administrasiyası daxilindəki radikallar, xaricdə isə diasporun təzyiqi altındadır. Dünənki görüşümüzdə Türkiyə və Azərbaycanın sülh istədiyini bir daha xatırlatdıq və regionun sabitliyi üçün xoş niyyətlərini ortaya qoyduq”. - Çavuşoğlu vurğulayıb.