23 May 2022 20:26
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brüsseldə Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti gərgin və uğurlu görüş olub. Görüş əvvəlcədən iki saat planlaşdırılsa da, 5 saatdan çox davam edib və bir çox məsələlər müzakirə olunaraq növbəti mərhələdə icrası üçün razılaşdırılıb. Sözsüz ki, 30 il düşmənçilik şəraitində yaşayan iki milləti barışdırmaq və sivil normalara uyğun qonşuluq münasibətləri yaratmaq heç də asan məsələ deyil.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, Brüssel görüşündə Qarabağda yaşayan ermənilərin “statusu” məsələsi ümumilikdə müzakirə edilməyib:

“Dövlət başçıları Qarabağda yaşayan erməni əhalinin hüquqları barədə danışıb və Azərbaycan özü bununla bağlı təhlükəsizliyə təminat verəcəyini bəyan edib. Müzakirə olunan digər məsələ ərazilərin minalardan təmizlənməsi və itkin düşmüş şəxslərin taleyi ilə bağlıdır. Eyni zamanda Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 min vətəndaşımızın taleyi haqqında bu gün də heç bir məlumat verilmir”.

Millət vəkili bildirib ki, Sərhəd Komisiyaların bigə iclasının keçirilməsi, delimitasiya və demarkasiya prosesinin təşkili kimi vacib məsələlər də Brüssel gündəliyində yer alıb:

“Kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin reallaşması, dövlət sərhədlərində keçid və tranzit daşımaları beynəlxalq normalar çərçivəsində təşkil edilməsi müzakirə edilib. Eyni zamanda İqtisadi Məsləhət Qrupunun işinin davam etdirilməsi, yekun sülh müqaviləsi üzərində aktiv iş aparılması ilə bağlı vacib qərarlar qəbul edilib”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər