28 May 2022 22:29
1 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cumhuriyyəti 104 il bundan əvvəl müsəlman Şərqində yaradılan ilk respublika idi. Bu xalqımızın tarixi dövlətçilik ənənələrinin respublika tipində missiyası kimi qəbul edilir. Çünki zəngin tariximizdə bir sıra dövlətlər mövcud olub. Məhz bu ənənələr xalqımızın müstəqil dövlət yaratmaq kimi prinsipini və xarakterinin təzahürü kimi qəbul edilir. Cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cumhuriyyəti xalqımızın müstəqil dövlət yaratmaq eşqi və bir sıra mühüm addımların atılması ilə tarixə düşdü. Birinci respublika çox yaşaya bilməsə də Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini xalqımız daima uca tutur.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, çətin bir şəraitdə özünün dövlət müstəqilliyini elan edən Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasından bir gün sonra tarixi və qədim şəhərimiz olan İrəvan Ermənistana güzəşt edildi: “Bu sözsüz ki, Azərbaycan tarixi üçün ən ağır, üzücü faktdır. Bununla da qədim diyarımız dövlətçiliyimizdən ayrı düşdü. Amma bunun fonunda XX əsrin əvvəllərində və sonrakı dövrlərdə müstəqilliyimiz möhkəm olmadı. Məhz güclü dövlətçilik inistitutunun olmaması xalqımızın böyük faciələrlə üzləşməsinə gətirib çıxardı. Nəticədə Şərqi Zəngəzur, Qarabağ işğal faktı ilə üzləşdi. Başlıca fakt isə o zamankı iqtidarın dövlətin ərazi bütövlüyünü qoruya bilməməsi idi”.

Millət vəkili 1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan Qərbi Zəngəzurun Azərbaycandan ayrılaraq Ermənistana verilməsini tarixi səhv adlandırıb: “Sözsüz ki, bu, Azərbaycana və xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizliyin əyani təzühürü idi. Bu gün Ermənistan ərazisində olan Qərbi Zəngəzurun toponimləri, kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsusluğunu tarixi faktlarla subut olunur”.

Aqil Məmmədov hesab edir ki, 1993-cü ildən başlayaraq xalq ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan müstəqil siyasət aparmağa öz tarixi milli kimliyinə sahib çıxmağa başlayıb:

“Bu uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında yer aldı. 44 günlük Vətən müharibəsi xalqımızın gücü, mənəvi keyfiyyətləri bizim düşməndən qat-qat üstün olduğumuzu bir daha subut etdi. Vətən müharibəsində şanlı Zəfər qazanan Azərbaycan bu gün tarixdə olmadığı qədər güclü və qüvvətlidir. Artıq müharibə dövrü geridə qalıb. Postmünaqişə dövründə isə gündəliyi Azərbaycan diktə edir və regionda baş verən bütün ictimai-siyasi proseslər, regional layihələr dövlətimizin bilavasitə iştirakı ilə mümkün olur.

Dağlıq Qarabağ münaqişəsi deyilən bir məfhum artıq tarixə qovuşub. Azərbaycan özünün sülh gündəliyini təqdim edib. Qısa zamanda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalı, bu bölgədə daimi və qalıcı sülhün təminatına zəmin formalaşmalıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər