1 Avqust 2022 19:22
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün dünyada böyük güc mərkəzlərinin qarşıdurmasının şahidiyik. Xüsusilə də Rusiya və Ukrayna arasında baş verənlərin nəticəsi göz qabağındadır. Belə olan halda hər hansı ölkənin daxilində sabitliyin qorunması mürəkkəb məsələdir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan dünyada ən sabit və əmin-aman ölkələrdən biridir: “Halbuki 2020-ci ildə 44 günlük vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Vətən müharibəsinə başladı və öz tarixinin ən parlaq zəfərini qazandı, torpaqlarımız işğaldan azad olundu. Azərbaycanda sabitliyin, əmin-amanlığın olması dünya azərbaycanlılarının prezidentin yürütdüyü siyasəti dəstəkləməsindən irəli gəlir. Ölkəmizdə xalq-iqtidar birliyi mövcuddur. Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə müstəqil, milli maraqlara söykənən siyasət yürüdür. Ölkəmizin müstəqil iqtisadiyyatı qurulub, güclü ordu formalaşıb. Ölkəmiz iki əvvəl baş verən müharibədən sonra bu gün sabitliyini qoruya bilir”.

Millət vəkili bildirib ki, dünyada baş verən gərginlik, qarşıdurma, müharibə və iqtisadi böhranların fonunda bu gün Azərbaycan iqtisadi baxımdan dirçəlir: “Azərbaycan dünya üçün ən vacib ölkələrdən birinə çevrilib. Xüsusilə də Avropanın enerji təhlükəsizliyini təmin edən ölkədir. Azərbaycan dünyanın ən etibarlı logistika mərkəzinə çevirilib, dünyanın ən etibarlı söz sahiblərindəndir. Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz gücünə çox böyük layihələr həyata keçirir. Dünyada iqtisadi böhran hökm sürür, ərzaq təhlükəsizliyi mövcuddur, bunların fonunda prezident İlham Əliyevin düşünülmüş, düzgün yürüdülmüş siyasəti nəticəsində illər əvvəl həyata keçirilən meqaenerji layihələri sayəsində bu gün dünyanı, xüsusilə Avropanı enerji böhranından çıxarmaq üçün Azərbaycan ən etibarlı ölkədir. Bununla bağlı Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş də imzalandı”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər