Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Ferqus Ould Bakıya gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə diplomat "Twitter" hesabında paylaşım edib.
“Salam Bakı! Böyük Britaniyanın Azərbaycandakı səfiri olaraq yeni vəzifəmin icrasına başlamağı səbirsizliklə gözləyirəm ”, - onun paylaşımında deyilir.