15 Sentyabr 2022 11:16
1 739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ona xas olan xislətini bir daha göstərdi. Çünki onlar üçün məqsədə çatmaq yolunda maneə kimi görünən nə varsa, hamısını əzib keçmək məqbul sayılır. Bu, istər mülki şəxs, istərsə də uşaq, köməyə ehtiyacı olan ahıl qadın, qoca olsun, heç bir fərqi yoxdur. Azərbaycanla Ermənistan arasında münaqişə tarixinin ən müxtəlif mərhələlərinə baxsaq bu cür “dəsti-xətt”i aydın şəkildə görə bilərik. Ermənistan son genişmiqyaslı sərhəd təxribatı ilə insanlıq əleyhinə eybəcər simasını bir daha nümayiş etdirdi.

Bunu Teleqraf.com-a Ailə, Qadın Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

"Avropada sülh sazişi üzərində işləməyin vacibliyini sözdə qəbul edərək, ölkəyə qayıtdıqdan cəmi iki-üç gün sonra ölkəsinin bu təxribatına haqq qazandırmağa çalışan "baş nazir"dən daha nə gözləmək olardı? İllərlə uydurulmuş tarix ətrafında aldadılaraq miskin hala gətirilib çıxarılan erməni vətəndaşları Dəmir yumruq əməliyyatından sonra həqiqəti anlamağa, düşdükləri çıxılmaz durumdan xilas olmaq üçün Azərbaycan və Türkiyənin bölgəyə sülh və təhlükəsizlik gətirilməsi naminə səylərinə adekvat cavab verməyin vacibliyi barədə mövqelərinə rəğmən bölgəni yenidən hərbi qarşıdurmalara sürükləməyə çalışır. Erməni tərəfi bununla nəinki onlar üçün açılmış bu imkan pəncərəsini dəyərləndirmədi, üstəlik mülki şəxsləri də hədəf almaqla xain hücumlar təşkil edərək sülh və normal qonşuluq naminə uzanan əli geri çevirdi”, - komitə sədri qeyd edib.

Bahar Muradovaya görə, bu, erməni siyasətinin əsl mahiyyətini ifadə edir:

“Bir daha insanlığa və bəşəriyyət əleyhinə hər cür cinayəti törətməyə hazır olduğunu ortaya qoyur. Əlbəttə ki, hazırda törətdiyi bəd əməllərə görə də layiqli cəzasını almaqdadır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər