19 Oktyabr 2022 15:00
1 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın hərbi-siyasi rəhbərliyi ölkəyə dəvət etdiyi Avropa İttifaqının missiyası qarşısında Azərbaycanı "günahkar" çıxarmaq niyyətindədir. Öncədən Ermənistanın atəşkəsi pozacağı, təxribat törədəcəyi məlum idi. Bununla erməni tərəfi Azərbaycanla Ermənistan arasında münaqişənin davam etdiyini göstərməyə çalışır. Ermənistan həmçinin bu davranışları ilə Azərbaycan qarşısında “əzildiyini” nümayiş etdirmək istəyir.

Bunu Teleqraf.com-a Ermənistan son günlər atəşkəs rejimini ardıcıl şəkildə pozması ilə bağlı açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O hesab edir ki, erməni tərəfi bu təxribatlar qarşısında Azərbaycanın adekvat cavabı tədbirlərinə uyğun olaraq Fransadan, Avropa İttifaqından və ABŞ-dan özünə qarşı daha mərhəmətli mövqe gözləyir:

“Amma bütün bunlar bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Təxribatın olduğu ərazi ordumuzun cəmləşmiş atəşi ilə məhv edilməlidir. Həmin ərazilərdə Azərbaycan əsgəri dayanmalı və orada bayrağımız dalğalanmalıdır. Hələlik real şəraitə uyğun bundan daha adekvat və təsirli metod tapmaq elə də asan deyil”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər