28 Oktyabr 2022 16:06
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub.

Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Telefon danışığı zamanı, Azərbaycanla Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, habelə Azərbaycan və ABŞ arasında əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov regionda cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin müxtəlif istiqamətləri, gələcək sülh müqaviləsi üzrə işə başlanılması istiqamətində Azərbaycanın məlum mövqeyi və təklifi, habelə Azərbaycan tərəfindən atılan addımları qarşı tərəfin diqqətinə çatdırıb. Nazir Cenevrə görüşünün nəticəsində Ermənistana təqdim edilmiş sülh müqaviləsinin elementlərinə dair qarşı tərəfdən hələ də cavab gözlənildiyini diqqətə çatdırıb.

Karen Donfrid ABŞ-ın bölgədə sülh və sabitliyin təmin edilməsi səylərini dəstəklədiyini vurğulayıb. Liderlər və nazirlər arasında əldə olunmuş razılıqlara uyğun olaraq sülh prosesinin irəlilədilməsinin vacib olduğunu bildirib.

***

14:12

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan XİN başısı tviterdə bildirib.
Telefon danışığı zamanı tərəflər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və sülh səylərinin perspektivləri haqqında müzakirə aparıblar.

“Mən ölkəmin regionumuzda sülh və sabitliyə nail olmaqla bağlı sadiqliyini və tam hazır olduğunu bir daha bəyan etdim”, - XİN rəhbəri vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər