11 May 2023 12:10
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Ermənistan nümayəndələrinin görüşü ərəfəsində Ermənistan tərəfindən hərbi təxribatın törədilməsi artıq bir ənənə halını alıb. Mayın 29-da Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü nəzərdə tutulurdu. Bu görüşdə tərəflər sülh müqaviləsinin müddəalarını dəqiqləşdirməli idi. Ancaq bununla belə bu gün Ermənistan tərəfindən Basarkeçər rayonu Zod kəndi istiqamətindən Azərbaycan ərazisi atəşə tutulur. Azərbaycan Ordusunun bir bərbi qulluqçusu yaralanıb. Hazırda sərhəd xəttində lokal xarakterli döyüşlər gedir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, bu fakt Ermənistanın hələ də özünün Azərbaycana qarşı iddialarından əl çəkməməsi deməkdir:

“Ermənistan hakimiyyəti sülh müqaviləsini imzalamağı uzatmağa çalışır. Eyni zamanda hazırkı Ermənistan iqtidarı bu cür gərginlik vasitəsi ilə özünün iqtidardakı müddətini uzatmaq istəyir. Bu sözsüz ki, təəssüfedici, yolverilməz bir haldır. Azərbaycan isə Ermənistana dostluq, normal qonşuluq münasibətləri təklif edir. Ermənistan tərəfindən isə siyasi və hərbi təxribatlar dayanmır”.

Aydın Mirzəzadəyə görə, əgər Ermənistan hesab edirsə ki, bununla Azərbaycana hansısa bir formada təzyiq göstərəcək, ölkəmizi öz suveren hüquqlarını müdafiə etməsindən imtina etməyə məcbur edəcək - yanılır:

“Çünki Azərbaycan özünün milli maraqlarını, ərazi bütövlüyünü, suveren hüquqlarını qorumaq gücundədir. Ermənistan həmişə Azərbaycan tərəfindən bunu hiss edəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər