21 İyun 2023 17:27
2 260
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ermənistan şərti sərhəd xəttinin yaxınlığında Naxçıvan istiqamətində Arazdəyəndə ağır metallurgiya zavodunun inşası arzuolunmaz məsələdir. Ermənistan tərəfindən burada ağır metallurgiya zavodunun tikilməsi əslində Azərbaycana qarşı çoxşaxəli təxribat xarakterli münasibətin göstəricisidir. Ona görə də, bu yolverilməz bir haldır. Azərbaycan tərəfi haqlı olaraq buna tək ekoloji məsələ kimi deyil, siyasi rakursdan yanaşır.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O qeyd edib ki, Azərbaycan eyni zamanda Ermənistan tərəfindən Arazdəyəndə zəhərli metallurgiya zavodunun sərhəddə yaxın bir ərazidə inşasının məqsədlyönlü şəkildə tikildiyini nümayiş etdirir:

“Bu baxımdan Azərbaycan tərəfi prosesləri qabaqlamaq üçün digər variantlar üzərində düşünür. Sözsüz ki, ölkəmiz beynəlxalq platformalarda bu təxribatçı addımı ifşa edir”.

Fazil Mustafa bildirib ki, öz platformalarımızda da bu məsələ ətrafında hər kəs əlindən gələni etməlidir:

“Əslində bu cür məsələlərin qarşısı alınmaqla bundan sonra Azərbaycana qarşı təxribatların genişləndirilməsinə imkan verilməməlidir”.


Müəllif: Tapdıq Qurbanlı