3 İyul 2023 11:13
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz Azərbaycan-Belarus əməkdaşlığının ölkələrimiz üçün qarşılıqlı maraq kəsb edən bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət veririk".

Teleqraf.com-un xəbərinə görə, bu fikirlər Prezident İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya ünvanladığı təbrik məktubunda əksini tapıb.

"Bu il biz Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Fərəhli haldır ki, tarixi baxımdan qısa zaman kəsiyi ərzində biz nəinki ortaq keçmişin müsbət nəticələrinin qorunub saxlanılmasına və artırılmasına, həm də qarşılıqlı fəaliyyətin keyfiyyətcə yeni səviyyəyə çıxarılmasına nail olmuşuq.

Biz Azərbaycan-Belarus əməkdaşlığının ölkələrimiz üçün qarşılıqlı maraq kəsb edən bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət veririk. Əminəm ki, bizim birgə səylərimiz xalqlarımızın və ölkələrimizin maraqları naminə bundan sonra da Azərbaycan və Belarus arasında ənənəvi dostluq əlaqələrinin və strateji tərəfdaşlığın möhkəmlənməsinə yönəldiləcəkdir", - məktubda qeyd edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər