5 Sentyabr 2023 17:26
447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 5-də Xorvatiyaya rəsmi səfərə yola düşüb.

Teleqraf.com xəbər verir ki, nazirin səfər çərçivəsində Xorvatiyanın xarici və Avropa işləri naziri Qordan Qrliç Radman və Xorvatiyanın digər yüksək vəzifəli rəsmi şəxsləri ilə görüşlər keçirməsi nəzərdə tutulur.

C.Bayramovun səfər zamanı həmçinin Cənubi Qafqazda təhlükəsizlik problemləri və Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlıq perspektivlərinə həsr olunmuş dəyirmi masa müzakirələrində iştirak və çıxışı gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər