Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar və ya görüş nəzərdə tutulmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dekabrın 11-12-də Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Brüsselə gedəcək. Səfər çərçivəsində o, bir sıra ikitərəfli görüşlər də keçirəcək.