17 Dekabr 2023 15:26
4 383
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə bölgədə gücləndikdən və söz sahibinə çevrildikdən sonra Ankara Rusiyanın Azərbaycana mümkün təzyiqlərini zəiflətdi".

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiya liderinin Qarabağla bağlı açıqlamalarına diqqət çəkib:

"Vladimir Putin hər dəfə kinayəli şəkildə “Ermənistan Qarabağı Azərbaycan ərazisi tanıdıqdan sonra Rusiya çarəsiz qaldı” dedikcə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla müttəfiqlik ruhuna uyğuna olaraq “Qarabağın işğaldan azad edilməsi uğurdur” fikrini təkrarlayır.

Türkiyə prezidenti son çıxışında bu mövzuya yeni fikirlərini əlavə etməklə toxunub: “Biz gücləndikcə bizə ümid bağlayan dostlarımızın da güvənləri artır. Qarabağın işğaldan azad edilməsi bizə inamı artırdı. Keçmişlə müqayisədə çox fərqli və müsbət atmosfer var. Qarabağın işğaldan azad edilməsi bu ab-havanı daha da gücləndirdi”.

Ərdoğan haqlıdır. Türkiyə bölgədə gücləndikdən və söz sahibinə çevrildikdən sonra Ankara Rusiyanın Azərbaycana mümkün təzyiqlərini zəiflətdi və bu bizə üç il ərzində işğala son qoymağa və ərazi bütövlüyümüzü bərpaya şərait yaratdı.

O da həqiqətdir ki, Qarabağın azad edilməsi türk dövlətləri arasında inteqrasiyanı gücləndirib. Böyük ehtimalla Ərdoğan “Qarabağın azad edilməsi müsbət ab-havanı gücləndirib” dedikdə bunu da nəzərdə tutub".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər