Heç bir səmavi din öz ardıcıllarını döyüşə, insanların qətlinə çağırmır. Bütün dinlər insanları bir-birinə hörmətə səsləyir. Ermənilər iddia edirlər ki, onlar xristiandır və İsa peyğəmbərin arxasınca gedirlər. Amma xristianların peyğəmbəri deyib ki, əgər kimsə sizin üzünüzə vursa, digər üzünüzə də vurmağı xahiş edin”.
Bunu Teleqraf.com-a ilahiyyatçı alim, deputat Ceyhun Məmmədov deyib.
“İslamda, xristianlıqda, yəhudiliyin mahiyyətində digər dinlərə qarşı düşmənçilik yoxdur. Bu dinlərdə insanları qisasa, revanşizmə çağırmaq kimi məsələlər ziddir. Erməni kilsəsi isə hər zaman olduğu kimi yenə də öz “mahiyyətindən” tamamilə uzaqlaşıb. Onların dinlə, xristianlıqla heç bir əlaqəsi yoxdur. Kilsə erməni revanşizmi, faşizmi ilə çuxlaşmış təriqətə, cərəyana çevrilib”.
Alim hesab edir ki, 30 il işğal dövründə Ermənistan cəmiyyətində olan itkilərin ən böyük məsuliyyəti erməni kilsəsinin üzərinə düşür:
“Erməni kilsəsinin etdiyi təhriklər, çağırışlar erməni xalqına faciə və qətllər gətirir. Bu gün də onlar eyni mahiyyətindən çıxış edir. Azərbaycanın II Qarabağ müharibəsindəki qələbəsindən sonra erməni kilsəsinin çağırışları onun mahiyyətini göstərir”
Ceyhun Məmmədova görə, erməni kilsəsi hər zaman münaqişələrdə maraqlı olub:
“Onlar münaqişə vəziyyətindən istifadə edərək ianələr toplayıb. Beləliklə, nüfuzlarını gücləndirməyə, özlərini erməni “təəsübkeşi" kimi göstərməyə çalışıblar. Azərbaycanın tarixi qələbəsi erməni kilsəsinin əlindən manipulyasiya alətlərini də çıxarıb. Ona görə də, erməni kilsəsi narahatdır. Çalışırlar ki, revanşizmi körükləsinlər. Onları erməni xalqının faciəsi deyil, öz maraqları düşündürür”.
Alban-Udi xristian icmasının sədri Robert Mobili isə hesab edir ki, kilsə insanları heç vaxt müharibəyə səsləməməlidir: “Xudavəng monastrında da vaxtilə bu “çağırışlar” edilirdi. Bunlar erməni kilsələri olmasalar da məqsədli istifadə edilib. Məsələn Tatev vaxtilə alban kilsəsinin iqamətgahı olub”.
O qeyd edib ki, bu gün Ermənistanda hakimiyyətin əleyhinə çıxan qüvvələrin sırasında erməni kilsəsi də aktiv yer alır:
"Əslində kilsənin siyasi proseslərə münasibət bildirməsi, döyüşə, revanşizmə çağırması halları yolverilməzdir. Kilsənin belə bir ixtiyarı yoxdur. Çünki din hər zaman sülhə çağırış edir. Sadəcə olaraq erməni kilsəsi hər zaman müharibə məsələsində tərəf tutur, mövqe bildirir. Vaxtilə Erməni keşiş II Qaregin də müharibəyə gedənlərə “xeyir-dua” verirdi”.
İcma rəhbəri bildirib ki, Ermənistanda oturan keşişlərlə yanaşı onların maraqlarına xidmət edən kənar qüvvələr də eyni mövqedən çıxış edir:
“Katalikos Aram Klikiski (Livanda yaşayan Aram və ya Keşişyan erməni apostol kilsəsinin kilikiya müqəddəs taxt-tac katolikosunun rəhbəridir) insanları döyüşə, müharibəyə səsləyir. Hətta II Qarabağ müharibəsində erməni keşişlər əllərində avtomat müharibəyə getdiklərini deyirdilər. Bütün bunlar bir daha erməni kilsəsinin əsl dindən, xristianlıqdan uzaq, ancaq şəxsi məqsədlərinə xidmət etdiyini göstərən faktlardır”.
Qeyd edək ki, erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan kilsədə çıxışında revanşizmin erməniləri nə mənəvi, nə əxlaqi, nə də fiziki mənada qarət etmək məqsədi daşımadığını deyərək, onları müharibəyə çağırıb.