2 Yanvar 13:58
5 655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni Qriqoryan kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosi II Qareginin Yeni il müraciəti Ermənistanın İctimai Televiziyasında yayımlanmadı. Bu, Ermənistanın müstəqilliyindən bəri baş verən ilk hadisədir və xüsusilə iki səbəbdən qaynaqlanır:

Birincisi, Paşinyan hakimiyyəti ilə erməni kilsəsi arasındakı qarşıdurmadır: Nikol hakimiyyətə gəldikdən sonra kilsə ilə daim qarşıdurma yaşayıb, çünki erməni baş nazir tarix boyu diasporu koordinasiya edən, siyasətə yön verən və dövlətin idarə edilməsinə qarışan kilsə ilə anlaşmır; 44 günlük müharibədən sonra Qareginin Paşinyanı istefaya çağırmasından sonra münasibətlər daha da kəskinləşib;

İkincisi, II Qaregin Yeni il müraciətində Qarabağdan bəhs edir, qondarma “artsax”ın adını çəkir və belə bir müraciətin İctimai Televiziyada yayımlanması rəsmi İrəvanın Bakı ilə sülh danışıqlarına ziddir;

Hərçənd, 44 günlük müharibədən sonra bütün qarşıdurmaya baxmayaraq, Qareginin müraciətləri İctimai TV-də yayımlanırdı, bu baxımdan, katolikosa indi qadağanın qoyulması daha çox ikinci səbəbdən – Bakı ilə sülh prosesinə problem yarada biləcəyindən qaynaqlanır.

Qareginə qadağanın qoyulmasından sonra Ermənistan İctimai Tv-nin qarşısında “xəcalət” və “TRT1” sözləri yazılıb. Etiraz məqsədilə yazılan bu sözlər Paşinyan hakimiyyətinə qarşı 44 günlük müharibədən sonra daim səslənən “türk” ittihamı ilə assosasiya olunur.


Müəllif: Asif Nərimanlı

Oxşar xəbərlər