5 Yanvar 12:54
3 650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pekin Şimali Koreya ilə Cənubi Koreya arasında gərginliyi azaltmağa ümid edir və Pxenyanla Seul arasında dialoqa çağırır.

Teleqraf.com "TASS"-a istinadən xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin deyib.

O vurğulayıb ki, son vaxtlar KXDR ilə Cənubi Koreya arasında gərginlik artıb və regionda vəziyyət gərgin olaraq qalır. O qeyd edib ki, Pekin yarımadadakı vəziyyəti diqqətlə izləyir.

Onun sözlərinə görə, Pekin Pxenyan və Seulla bağlı sabitliyin qorunmasına yönəlmiş məsləhətləşmələrin aparılmasını zəruri hesab edir.

“Ümid edirik ki, müvafiq tərəflər sakit və təmkinli olacaqlar, gərginliyin artmasına səbəb olan hərəkətlərdən çəkinəcəklər, daha da gərginləşməyə yol verməyəcəklər və konstruktiv dialoqun bərpası üçün şərait yaradacaqlar”, - Vanq Venbin bildirib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər