13 Yanvar 15:53
2 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına ən böyük maneə Rusiyadır. Rəsmi Moskva Ermənistan və Azərbaycanın üzərlərinə müəyyən bir öhdəlik götürmələrinə nail olmayana qədər sülh müqaviləsinin bağlanmasına imkan verməyəcək.

Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

“Bu gün Ermənistan açıq şəkildə ərazisinə ABŞ-dan, Fransadan, Kanadadan müşahidəçi adı altında müəyyən qüvvələr gətirib. İrəvan Rusiyanın maraqlarına zidd olaraq davamlı addımlar atır”, - deyə o qeyd edib.

Partiya sədri hesab edir ki. Ermənistandakı hadisələr Rusiyanın tam nəzarətinə keçməyincə sülh prosesinin irəliləməsinə əngəl yaradılacaq:

“Rusiya gücü çatdıqca bu prosesi ləngidəcək. Ona görə də, burada əsas maneə Rusiyadır. Azərbaycanla Ermənistandan qaynaqlanan heç bir maneə yoxdur”.

Sərdar Cəlaloğluna görə, Moskva sülh müqaviləsinin uzanmasında maraqlıdır:

“Ukrayna cəbhəsində əldə etdiyi nailiyyətlərə görə Rusiya ambissiyalarını ortaya qoyacaq. Bu cəbhədə isə vəziyyət Rusiyanın xeyrinə deyil. Moskva ümid edir ki, müəyyən bir dövrdən sonra Avropanın Ukraynaya dəstəyi zəifləyəcək. Bundan sonra Rusiya keçmiş SSRİ respublikalarına öz maraqlarını diktə edəcək. Ona görə də, burada başqa bir yol axtarılmayacaq. Ermənistanda müxalifəti Rusiyanın təsiri altındadır. Beləliklə, Rusiya həmin qüvvələrdən istifadə edib təsir imkanlarını ortaya qoya bilər”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər