31 Yanvar 14:56
34 399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanla Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq haqqında sənəd birmənalı qarşılanmadı. Burada əsas məqam Azərbaycanla bağlıdır. Həmin sənədlərin hansı təsirlərin nəticəsi olaraq ortaya çıxması önəmli deyil. Burada ölkəmizin əleyhinə olan məqam həmin dövlətlərə ziyan olacaq. Əslində Gürcüstanın ölkəmizin xeyrinə olmayan, dövlətimizə problem yaradacaq hansısa bir sənədi imzalaması heç nəyi dəyişməyəcək.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

"Bu cür məsələlər sözsüz ki, Gürcüstanın özünə münasibəti dəyişə bilər. Ona görə də, tələm-tələsik olaraq ölkəmizə qarşı hansısa məsələlərin ortaya çıxması inandırıcı deyil. Bu məsələlərdə hesab edirəm ki, narahatlıq üçün əsas yoxdur”, - deyə o bildirib.

Partiya sədrinə görə, burada ölkəmizin maraqlarını təmin edəcək məsələlərlə bağlı atılacaq addımlar daha da genişləndirilməlidir:

“Əslində, Ermənistanla kimin, hansı sənədi imzalamasının ona xeyri olsa idi, bunun nəticələri bilinərdi. Fransa Ermənistanla istənilən sənədi imzalayıb. ABŞ-dən belə Ermənistana dəstək məqsədi ilə həyata keçirilən kampaniyaların bu ölkəyə xeyri olmur”.

Fazil Mustafanın fikrincə, Ermənistan ağıllı davransa, Azərbaycanla sülh sənədi imzalayar:

“Bununla da erməni tərəfi normal yaşamağa davam edə bilər. Yoxsa, belə oyun oynamaqla harasa varmaqları mümkün deyil. Azərbaycan da bu məsələ də hər hansı güzəşt etməyəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər