7 Fevral 11:06
2 665
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Seçki ab-havası çox yaxşıdır, seçici fəallığı həmişəkindən daha yüksəkdir. Çünki bu il elə bir ildir ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Bu gün işğaldan azad olunmuş rayonlarımızda, o cümlədən Şuşada, Xankəndidə insanlarımız Azərbaycanın suverenliyinə, inkişafına səs verirlər".

Bu sözləri Teleqraf.com-a açıqlamasında Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov deyib.

"Ona görə də əhalimiz böyük məmnuniyyətlə seçki məntəqələrinə gedir, öz namizədlərinə səs verirlər. Bundan sonrakı illərdə artıq böyük inkişaf illəri olacaq. İşğaldan azad olunmuş torpaqlarımızın, eləcə də ölkənin digər rayonlarının həm infrastruktur, həm də sənaye və digər iqtisadi sahədə inkişafına böyük yol açılıb. Bu mənada digər illərdən fərqli olaraq bu, möhtəşəm seçkidir", - nazir bildirib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər