Ukrayna bir sıra digər ölkələrlə təhlükəsizlik sazişləri haqqında razılığa gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə prezident Vladimir Zelenski telemarafonda çıxışı zamanı bildirib.
"Bizim üç sazişimiz var. Bu gün daha bir neçə ölkə ilə söhbətimiz oldu, təhlükəsizlik sazişləri ilə bağlı razılaşma var. Daha bir neçə razılaşma əldə olunub. Biz bu təhlükəsizliyi artıracağıq”, - deyə o bildirib.
Prezident qeyd edib ki, Ukrayna ilə Amerika Birləşmiş Ştatları arasında təhlükəsizlik sazişi üzərində də iş gedir. "Artıq danışıqların iki mərhələsi olub. Mən bunu yaxın gələcəkdə müsbət hal kimi qiymətləndirirəm", - deyə o, bu razılaşmanı ABŞ-ın köməyinə alternativ hesab etmədiyini qeyd edib.