25 Mart 12:24
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin İŞİD-lə əlaqəsi var.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Krokus Siti Holl” konsert zalında baş verən terror aktından sonra kp.ru üçün yazdığı məqalədə vurğulayıb.

O, İŞİD-in Moskva vilayətində törədilmiş terror aktında əli olması ilə bağlı ABŞ versiyasını təhlil edib və onun formalaşmasında ABŞ-nin fəal rolunu qeyd edib.

Zaxarova xatırladıb ki, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Əfqanıstanda SSRİ-ni məğlub etmək üçün İslamın vəhhabi çeşidindən istifadə etməyə çağırıb.

“Bu günlərdə ekspertlər və amerikalı təqaüdçülər haqlı olaraq Vaşinqtonun və onun müttəfiqlərinin İŞİD-in yaranmasında və mövcudluğunun davamında həlledici rolunu qeyd edirlər. Qəribə bir təsadüf nəticəsində İŞİD son illər öz planlarında düzəlişlər edib və hazırda əsasən ABŞ-ın düşmənlərinə - Əfqanıstanda Talibana, iranlılara, Suriyanın qanuni hakimiyyətləri və bizə qarşı hücumlar həyata keçirir. ”, - o əlavə edib.


Müəllif: Pərvin Cəfərova