Energetika naziri Pərviz Şahbazov BMT Baş Assambleyasının prezidenti Dennis Francisin dəvəti ilə ABŞ-a səfər edib.
Nazirlikdən Nazirlikdən verilən məlumata görə, nazir aprelin 19-da Nyu-York şəhərində BMT-nin Baş Assambleyasının Dayanıqlılıq Həftəsi çərçivəsində təşkil olunacaq “Enerji əlçatanlığında boşluğun aradan qaldırılması və karbonsuz enerji sistemlərinə keçid” mövzusunda tematik müzakirələrdə iştirak edəcək.
Tədbirdə enerji əlçatanlılığı, dekarbonizasiya sistemlərinə keçid, enerji bağlantıları, bərpa olunan enerji mənbələrinə investisiyaların təşviqi kimi məsələlərin müzakirə olunacağı gözlənilir.
Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.