Biz Avrasiya İqtisadi Birliyin bəzi tədbirlərinə Prezident və Baş nazir səviyyəsində dəvət edilmişik.
Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı söyləyib.
Avrasiya İqtisadi Birliyin tədbirlərində bir dəfə fəxri qonaq kimi iştirak etdiyini xatırladan dövlət başçısı vurğulayıb: “Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv bütün ölkələrlə Azərbaycanın çox sıx tərəfdaşlıq münasibətləri var”.