2 İyul 12:44
2 999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sülhlə bağlı Azərbaycan öz prinsipial mövqeyini bir neçə dəfə birmənalı şəkildə ifadə edib. Ermənistan tərəfi də ən azı bu çağırışlarla razılaşdığını bildirməlidir. Ölkənin konstitusiyasında işğalçılıq motivləri varsa, bunu Ermənistan aradan qaldırmağa məhkumdur.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O qeyd edib ki, sülhə, təhlükəsizliyə qarantiya ilk növbədə konstitusiyadır: “Ona görə də, Azərbaycan Prezidentinin çağırışı əslində sülhə doğru açılan yolun rahat variantının təqdim olunmasıdır”.

Partiya sədri Ermənistanla indiki halda bağlanan sülh müqaviləsinin sonrakı dövrdə hansı risklərlə üzləşə biləcəyinə də münasibət bildirib:

“Dəyişən siyasi konyukturada bunun konstitusiyaya zidd olduğu iddia edilə bilər. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yer alıb. Onların da həmin iddiaların dəstəkçiləri olduğunu deyəcəkləri mümkündür”.

Fazil Mustafa bildirib ki, bu iddialar tək Azərbaycana qarşı deyil:

“Türkiyəyə qarşı da ərazi iddiası var. Belə olan halda isə bölgədə yenidən müharibə riski yaranır. Məsələyə də məhz bu kontekstdən yanaşılmalıdır”.

Qeyd edək ki, Prezident İlham Əliyev Ermənistanla imzalanacaq sülh müqaviləsinin başlıca şərtinin bu ölkənin konstitusiyasında dəyişikliklərdən sonra mümkün olacağını bəyan edib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər