Gürcüstan Bakı və İrəvan arasında delimitasiya prosesini başlatmaq barədə tarixi qərarı alqışlayır və Cənubi Qafqazda sabitliyi və dinc birgə yaşayışı dəstəkləyir.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib.
O həmçinin bildirib ki, iki ölkə arasında sülh prosesinin müsbət dinamikasını qoruyub saxlayacağına ümid edir.
Bundan başqa, Darçiaşvili qeyd edib ki, Mirzoyanla görüşdə regional məsələlər müzakirə olunub və çağırışların həlli prosesində birgə səylərin vacibliyi vurğulanıb.