5 İyul 09:21
2 991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq bəyannaməsi imzalandı. İlk növbədə qlobal güc olan Çin kimi dövlətlə strateji tərəfdaşlıq sənədinin əhəmiyyətini vurğulamaq lazımdır. Yəni əvvəllər hər şey bütün dünyaya özünü hegemon dövlət elan edən ABŞ-nin iradəsi çərçivəsində baş verirdisə, indi durum fərqlidir. Belə bir vəziyyətdə ABŞ ilə bütün sahələrdə başabaş rəqabət aparan digər qlobal güclə - Çinlə belə bir sənədin imzalanması anlaşılandır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, bu, birqütblü dünyanın artıq çoxqütblü dünyaya çevrildiyinin bariz nümunəsidir:

“ABŞ ilə bərabər səviyyədə olan bir qlobal güclə strateji tərəfdaşlıq yönündə bəyannamənin imzalanması Azərbaycan üçün müəyyən üstünlüklər vəd edir. Eyni zamanda həm də ciddi alternativin olduğunu ortaya qoyur. Paralel olaraq Azərbaycanın Qərblə Şərq arasında bir körpü olduğunu düşünün və bu körpüdə əsas yükü, ticarət mallarını daşıyan ölkə məhz Çin dövlətidir. Baxmayaraq ki, ABŞ indiki yeni Orta dəhliz variantında Çini oyundan kənar etmək istəyindədir. Ancaq bu, mümkün olan bir məsələ deyil.

Paralel imzalanan bu bəyannamə bir də bunu ortaya qoydu ki, Azərbaycan bu dəhlizin rentabelli işləməsinin əsas səbəbi olan səbəbkarı ola biləcək ölkə olaraq Çinə üstünlük verir. Çünki bu yüklərin əksəriyyəti Çindən gələcək. Yəni Azərbaycana böyük maliyyə vəsaiti qazandıracaq ölkə Çinin daşıdığı mallardan gələcək. Ona görə də ABŞ-nin diqqəti ilə qurula biləcək Orta dəhliz variantında Çinin oyundan kənar edilməsi variantı istisnadır. Hər bir halda düşünürəm ki, Çin kimi qlobal bir gücün Azərbaycan sülh təşəbbüsünü birmənalı olaraq dəstəklənməsi, Azərbaycanla bütün sahələr üzrə əməkdaşlıq və inteqrasiyanı gücləndirmək istəyi və qarşılıqlı olaraq investisiyaların gücləndirilməsi qoyuluşunun artırılmasında maraqlı olması Azərbaycanın maraqlarına uyğun bir davranışdır. Bu baxımdan düşünürəm ki, bu bəyannamə Azərbaycan üçün çox əhəmiyyətli sənəddir. Eyni zamanda bu saziş Azərbaycana təzyiq etmək istəyən qlobal güclər üçün çox ciddi bir dərs oldu”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər