8 İyul 14:19
2 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Kukla Teatrında daha bir səhnə işi tamamlanıb. Yeni tamaşa yerli müəllif Sevinc Elsevərin “Lokomotiv və vaqonlar” pyesi əsasında hazırlanıb.

Bu barədə Teleqraf.com-a Kukla Teatrından məlumat verilib.

Əsərə teatrın baş rejissoru Prezident mükafatçısı Anar Məmmədov quruluş verib. Birhissəli uşaq tamaşasının quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.

Tamaşada uşaqlara köhnə qatar stansiyasındakı qoca və lovğa Lokomotivin timsalında xudbinlik və kobudluğun lazımsız xüsusiyyət olduğu, bu keyfiyyətlərin ətrafdakılar tərəfindən daim mənfi qarşılandığı göstərilir.

Günlərin bir günü deyingən Lokomotivdən bezən vaqonlar platformada peyda olan yeni Lokomotivin yanına gedirlər. Gənc və mehriban, nəzakətli və işgüzar yeni Lokomotiv onların çox xoşuna gəlir.

Təbii ki, köhnə dostlarını da unutmayan vaqonlar bununla qoca Lokomotivə yaxşıca dərs verirlər. Sonra yenidən onun yanına qayıdırlar. O da buna çox sevinir. Onlar birlikdə sevinclə sərnişinlərə xidmət etməyə davam edirlər.

Tamaşada Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Səriyyə Mansurova, Cavid Telman, Yasin Abbasov və Səbinə Məmmədova iştirak edirlər.

Premyera növbəti mövsümün əvvəlində gerçəkləşəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər