Səhər yeməyində kələm, yerkökü, şirin kartof və ispanaq yemək faydalıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə ingilis terapevt və dietoloq Pol Daydon "SheFinds" saytına bildirib.
Brokoli iltihab əleyhinə xüsusiyyətlərə malikdir, həzmi yaxşılaşdırır və qan şəkərinin səviyyəsini normallaşdırır. Həkim onu omletə əlavə etməyi məsləhət görür. Bildirilir ki, brüssel kələmi də oxşar xüsusiyyətlərə malikdir.
Yerköküdən alınan beta-karoten və pəhriz lifi həzm üçün faydalıdır. Diyetoloq qeyd edib ki, onu sürtgəcdən keçirib qatıq və ya smuzilərə əlavə etmək olar.
Dəmir və kalsiumla zəngin olan ispanaqdan salat və ya omletdə istifadə etmək olar.
Həkim əlavə edib ki, şirin kartof iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Yüksək lif tərkibi həzm sağlamlığını dəstəkləyir və qan şəkərinin səviyyəsini sabitləşdirir.