Dünyaca məşhur musiqi ulduzu Teylor Svift bu ay Almaniyanın Gelzenkirxen şəhərində konsert verəcək.
Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, yeri qurumlar şəhərin adını bu ay üçün müvəqqəti olaraq Swiftkirchen olaraq dəyişdirilib.
Turları ilə rekordlar qıran sənətçi Teylor Svift may ayında "Eras Turu"nun 18 şəhərlik Avropa mərhələsinə başlayıb. Məşhur müğənninin Almaniyada ilk dayanacağı 17, 18 və 19 iyulda konsert verəcəyi Gelzenkirxen olacaq.
Onun çıxış edəcəyi şəhərin adı Gelsenkirchen Taylorun şərəfinə rəsmilər tərəfindən müvəqqəti olaraq Swiftkirchen olaraq dəyişdirilib.