8 İyul 14:24
1 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ötən həftə bəyan etdi ki, İrəvan ABŞ ilə yeni atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı müzakirə mərhələsindədir: “Substantiv mərhələyə qədəm qoymuşuq, yəni ABŞ ilə hüquqi müqavilə sahəsini tənzimləmək üçün müzakirələr aparırıq. Deyə bilərəm ki, top ABŞ-nin meydançasındadır. Gözləntimiz budur ki, ABŞ-nin sistemdaxili prosedurları bitəcək, bundan sonra işə başlayacağıq”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

Nəşr bildirir ki, Metsamor AES-in mövcud enerji blokunun uzadılmış istismar müddətinin başa çatmasına 12 il qalıb:

“Son iki ildə yeni AES-in tikintisi ilə bağlı söhbətlər intensivləşib, hakimiyyət mobil AES-lərə üstünlük verdiyini, Qərblə danışıqlar apardığını dəfələrlə bəyan edib.

ABŞ Dövlət Departamentinin yüksək səviyyəli nümayəndələri qeyd ediblər ki, yeni enerji bloku məsələsini Ermənistanı Rusiyadan aralamaq və ölkənin enerji sektorunda Moskvanı əvəzləmək vasitəsi kimi qiymətləndirirlər. Paşinyan bir neçə dəfə qərbyönümlü mobil AES-ə üstünlük verdiyini açıqlayıb.

Rusiyanın “Rosatom” şirkətinin direktoru ötən il Soçidə Paşinyana Ermənistanda mobil AES tikməyə hazır olduqlarını desə də, İrəvan məsələyə siyasi amil kimi baxır və bununla da anti-Rusiya mövqeyini göstərməyə çalışır. Nəticədə, keçən ay “Rosatom” direktorunun müavini söylədi ki, İrəvan son nəticədə nə istədiyinə qərar verməlidir.

Paşinyan mobil AES-in Cənubi Koreya analoqunu istəyir. İstənilən halda ABŞ-ni Rusiyanın hesabına sevindirməyə çalışırlar”.

Ermənistanın keçmiş müdafiə naziri, general-mayor Arşak Karapetyanın sözlərinə görə, Ermənistan hökuməti Rusiya ilə atom enerjisi sahəsində əməkdaşlığı dondurur: “Bundan başqa, radioaktiv tullantıların Ermənistan ərazisində basdırılmasının mümkünlüyü ilə bağlı danışıqlar aparılır. Bu iqtisadi cinayətdir”.

Karapetyan istifadəyə yararsız Metsamor AES-in bağlanmasının Azərbaycan və Türkiyənin tələbi olduğunu da qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər