31 İyul 13:54
7 303
12 Punto 14 Punto 16 Punto 18 Punto

Minimum əməkhaqqı və digər sosial ödənişlərin artırılması hər zaman dövlətin diqqətindədir. İndidən artımın hansı səviyyədə olacağını söyləmək tezdir. Budcə müzakirələri zamanı bu məsələ konkret olaraq qeyd ediləcək.

Bunu Teleqraf.com-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bu məsələnin hökumətin gündəliyində olduğunu söyləyib:

“İlbəil minimum və orta aylıq əməkhaqqları ilə yanaşı, pensiya, müavinətlərdə artım olur. Ölkə başçısının Sərəncamı ilə digər təqaüdlər də artırılır. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması hökumətin diqqət mərkəzindədir”.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev üçün sosial siyasət həmişə prioritet istiqamətdir:

“Minimum əməkhaqqında artım yalnız bu il qeydə alınmadı. Bu da inflyasiya ilə bağlı idi. Çünki inflyasiya bir rəqəmli həddə düşəcək. Əməkhaqqı artımı istər-istəməz dolayısı ilə inflyasiyaya öz təsirini göstərir”.

Musa Quliyev gələn il və o biri illərdə bu artımların müşahidə ediləcəyini vurğulayıb:

“Minimum əməkhaqqının orta aylıq əməhaqqının 60 faizinə çatdırılması hökumətin qarşıya qoyduğu məqsədlərdən biridir. Yavaş-yavaş bu niyyətə yaxınlaşmaq üçün tədbirlər görüləcək. Bu ilin payızında artımın neçə faiz olacağını büdcə müzakirələri zamanı daha dəqiq görmək mümkün olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər