18 Avqust 15:43
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Azərbaycanla Ermənistan arasında nizamlanma məsələsini müzakirə edəcəklər.

Teleqraf.com Publika.az-a istinadla xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

“Prezidentlər regional və beynəlxalq siyasətin aktual problemləri, xüsusilə Azərbaycan-Ermənistan normallaşması mövzusu ətrafında fikir mübadiləsi aparacaqlar”, - deyə bildirilib.

Həmçinin qeyd edilib ki, Moskva Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına bundan sonra da yardım göstərməyə hazırdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər