18 Sentyabr 19:50
1 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında sülh və Zəngəzur dəhlizi məsələsi ətrafında da müzakirə aparılıb. Bu əslində heç də Ağ Evin bölgəyə olan marağı ilə bağlı deyil. ABŞ administrasiyası ardıcıl olaraq özünün geosiyasi və iqtisadi maraqları naminə çalışır.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

“Hazırkı ABŞ administrasiyasının hakimiyyətinə bir neçə ay qalmasına baxmayaraq onlar bu missiya üçün sona qədər mübarizə aparır. Çünki Amerikada mövcud olan iki partiya, “Demokratlar” və “Respublikaçılar” ölkənin maraqları üçün bütün gedişləri etməyi özlərinə borc bilir”, - deyə o əlavə edib.

Politoloq hesab edir ki, Amerika indiki halda Zəngəzur dəhlizi məsələsində öz maraqlarının nəzərə alınmasını istəyir:

“Vaşinqton Ermənistan vasitəsi ilə Zəngəzur dəhlizinə nəzarət etməkdə maraqlıdır. 40 km-dən artıq olan bu dəhliz əslində mühüm kommunikasiya xəttinin bir hissəsidir. Ona görə də, Ağ Ev bu məsələdə daha çox israrlı davranır”.

Zərdüşt Əlizadəyə görə, Orta Dəhlizin bir hissəsi olan Zəngəzurdan keçən xəttə Amerika nəzarət etmək iddiasındadır:

“Rusiya isə dəhlizə nəzarət məsələsində heç kəsə güzəştə getmək istəmir. Ona görə də, ziddiyyətlər yaranır. Nəticədə, dəhlizin açılması yubanır. II Qarabağ müharibəsindən artıq 4 il keçib. Amma dəhliz məsələsində irəliləyiş yoxdur. Azərbaycan üçün əsas şərt Naxçıvana yolun açılmasıdır. Dəhlizin hansı şərtlərlə işləməsi isə danışıqların nəticəsində mümkün olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər