18 Sentyabr 20:00
2 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistandakı radikallar Paşinyanı yıxa bilmədilər, ümid qalır Rusiyada yaradılan “Arbat” qruplaşmasına.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistanla bağlı son ictimai-siyasi gəlişmələrə diqqət çəkib:

“Rusiyada ermənilərdən təşkil olunan “Arbat” silahlı qruplaşması Ermənistan Baş naziri Nikol Paşinyanın başını hələ çox ağrıdacaq. Keçmiş “Vaqner” muzdulusu olan Ayk Qasparyan Rusiyada yaşayan ermənilərdən ibarət “Arbat” qruplaşmasını yaratdıqdan sonra Kremlin yeni əmrlərini yerinə yetirməyə başlayıb. Əlbəttə, “Arbat” Ukraynada işğalçı müharibədə iştirak təsis edilib, ancaq qruplaşmaya Ermənistan vətəndaşları ilə yanaşı, Qarabağ separatçılarının da cəlb edilməsi ondan xəbər verir ki, Qasparyan başqa bir tapşırığı da yerinə yetirməyə hazırdır.

Ermənistandakı radikallar Paşinyanı yıxa bilmədilər, ümid qalır “Arbat” qruplaşmasına. Ermənistanın radikal müxalifət nümayəndələrinin bugünlərdə işğal altındakı Donbasa ziyarəti də təsadüfi deyil. Onlar Donbasda yerli separatçılarla danışıqlar aparıblar. Həmin radikallar Donbasa getmişkən Qasparyanla görüşüb ondan dəstək istəyə bilərdilər.

Amerikalılar hələlik Paşinyanı yaxşı qoruyurlar, Ermənistanın baş nazirinə qarşı sui-qəsd planının ifşasıyla bağlı əməliyyatın hazırlanmasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rolu istisna deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər