18 Sentyabr 20:09
4 732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yer kürəsi 450 milyon ildən çox əvvəl - intensiv meteorit yağışı dövründə Saturnun halqalarına bənzər bir halqa sisteminə malik ola bilərdi.

Teleqraf.com xəbər verir ki, bu barədə “Earth and Planetary Science Letters” jurnalında dərc olunan araşdırmada deyilir.

Alimlər 466 milyon il əvvəl “Ordovik çırpılma dövrü”nə aid 21 asteroid kraterini tədqiq ediblər və bunların qəribə şəkildə ekvatora yaxın yerləşdiklərini üzə çıxarıblar. O dövrdə planetin kontinental qabığının 70 faizdən çoxunun bu bölgədən kənarda olmasına baxmayaraq...

Məlumata görə, asteroidlər adətən təsadüfi yerlərə düşür, buna görə də zərbə kraterləri Ay və Marsda göründüyü kimi bərabər paylanır.

Tədqiqatçılar ekvatorun yaxınlığındakı təsir sxeminin milyonlarla il əvvəl böyük bir asteroidin Yerlə toqquşmasından sonra formalaşmasından şübhələnirlər.

Elm adamları bu nəhəng asteroidin qabarma-çəkilmə səbəbindən parçalandığını və planetimizin ətrafında Saturndakına bənzər bir vəziyyət yaratdığını fərz edirlər.

Avstraliyanın Monaş Universitetindən tədqiqat müəllifi Endi Tomkins deyir:

“Milyonlarla il ərzində bu halqaların parçaları tədricən Yerə düşərək geoloji qeydlərdə “meteorit çırpılması” kimi qeyd olunan partlayışlara səbəb olub”.

Alimlər onu da bildirirlər ki, bu dövrün çöküntü süxurlarındakı təbəqələrdə fövqəladə həcmdə meteorit qalıqları var. Elm adamları belə bir halqanın Yerə kölgə sala biləcəyini də iddia edirlər.

Günəş işığının qarşısını almaqla bu halqa son 500 milyon ilin ən soyuq dövrlərindən biri kimi tanınan Buz Dövrü (Xirnant) hadisəsinə töhfə vermiş ola bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər