19 Sentyabr 14:24
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apellyasiya Məhkəməsində məktəb direktoru Güntəkin Cəfərovanın işə bərpa olunması ilə bağlı qərardan verilən apellyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə direktorun vəkili Siyasət Sultanov məlumat verib.

Onun sözlərinə görə, hakim Akif İskəndərovun sədrliyi ilə keçirilən prosesdə Elm və Təhsil Nazirliyinin şikayəti təmin olunmayıb, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb: "Məhkəmə hüququ pozulmuş şəxslərin ümüd yeridir, insanlar ayrı- ayrı orqanların qanunsuz, ədalətsiz qərarlarından son ümüd kimi məhkəməyə müraciət edir. Məhkəmə bu ümüdləri öz qanuni və ədalətli qərarları ilə doğurduqda insanların məhkəməyə inamı artır. Nərimanov Rayon Məhkəməsinin qanuni və əsaslı qərarını qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin hakimi Akif İskəndərova təşəkkürümü bildiririrəm".

Qeyd edək ki, Güntəkin Cəfərova Goranboy rayon, M. Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbin direktoru vəzifəsində çalışıb. O, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) işdən azad olunub. Bundan sonra xanım direktor məhkəməyə üz tutub. Nərimanov Rayon Məhkəməsi Güntəkin Cəfərovanın işdən çıxarılması ilə bağlı qərarı qanunsuz hesab edib və onun iddiasını təmin edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər