18 Sentyabr 18:15
1 497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Nazirliyinin “Pyatnaşka” Briqadasının “Arbat” (erməni-rus) bölməsinin zabitləri Ermənistanda silahlı çevrilişə cəhd ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Məlumatlı Vətəndaşlar İttifaqı” QHT-nin koordinatoru Daniel İoannisyan deyib.

“İstifadə olunan texnikaya əsasən, dövlət çevrilişinin hazırlanmasında Rusiya Müdafiə Nazirliyinin zabitlərindən başqa, xüsusi xidmət orqanlarının da iştirak etdiyini iddia etmək olar”, - QHT rəhbəri bildirib.

İoannisyan bunun rusların ermənilərlə birgə həyata keçirdiyi ilk belə məlum əməliyyat olduğunu söyləyib.

Bundan öncə Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində bir qrup şəxsin qabaqcadan razılaşdırılaraq hakimiyyəti ələ keçirməyə hazırlaşması barədə məlumat daxil olub.

Məlumata görə, Qarabağ separatçıları və Ermənistan vətəndaşları ayda 220 min rubla işə götürülərək yeni silahlarla tanış olmaq və onlardan istifadəni öyrənmək üçün Rusiyaya göndəriliblər. Sözügedən əməli törətdiklərinə görə 7 nəfər barəsində cinayət işi başlanıb. Onlardan 3-ü həbs edilib, 4-ü isə axtarışa verilib.

“Arbat”ın Ukraynanın Donbas bölgəsində Rusiya ordusunun sıralarında döyüşdüyü bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər