Sərt karantin rejimi tətbiq olunan rayonlar üzrə birdəfəlik ödənişin verilməsi üçün yenidən qeydiyyat aparılmayacaq.
Bunu Teleqraf.com-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı deyib.
O bildirib ki, yalnız ötən karantin rejimi zamanı işsiz kimi qeydiyyatdan keçib, birdəfəlik müavinət alan şəxslərə 190 manat birdəfəlik ödəniş ediləcək.
“Bu dəfə də birdəfəlik müavinət ödənilməzdən əvvəl siyahı yenidən nəzərdən keçiriləcək. Keçən müddət ərzində rəsmi olaraq işə götürülən şəxslərə ödəniş edilməyəcək”.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında 2020-ci il 07 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək sərt karantin rejimi tətbiq edilib.