Malayziya İngiltərənin “AstraZeneca” əczaçılıq şirkətindən COVID-19 peyvəndi alacağını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Malaziyanın səhiyyə naziri Ethem Baba açıqlama verib.
Nazirin sözlərinə görə, 2021-ci ilin fevralında ölkəyə gətirilməsi planlaşdırılan peyvəndlərlə Malayziya əhalisinin 20 faizini vaksinasiya etmək mümkün olacaq.
Paralel olaraq ötən ay “Pfizer” şirkəti ilə Malaziyanın 6,4 milyon vətəndaşını peyvənd etmək üçün razılaşması imzalanıb. Bu peyvəndlə ölkə halisinin 70 faizi vaksinasiya olunacağı planlanıb.